Fransa Ermənistana hücum silahları verir – İrəvan yenə “qaşınır”

22.02.2024 - 15:04

“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar. Bu da, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib. O əlavə edib ki, Ermənistanın məqsədi regionda düzgün balans yaratmaqdır. Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb. Lakin Fransanın Ermənistana tədarük etdiyi silahların təyinatı ilə bağlı fikirlər mübahisə doğurub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Fransa tədarük etdiyi silahların adını və təyinatlarını açıqlamalıdır: “Məlum olduğu kimi, ölkələr arasında silah-sursatla bağla müqavilələrin təfərrüatları açıqlanmır. Fransanın bəyanatına görə, bu, sadəcə Ermənistanın regionda özünün müdafiə imkanlarını artırması üçün atılan addımdır. Əslinə qalsa, bir şeyə diqqət etməliyik ki, burada hərbi texnikanın verilməsinə razılıq verilib. Müdafiə təyinatlı ifadəsi sadəcə diqqəti yayındırmaq üçündür. Ermənistana hansı təhlükə var ki, ona hərbi texnika verilir? Fransa həqiqətən regionda sülhün və əmin-amanlığın təmin olunmasını istəyirsə, Ermənistana qonşuları ilə dinc yaşamağı tövsiyə etsin. Amma biz bilirik ki, cənubi Qafqazda gərginliyin yaranmasında təkcə Fransa deyil, Hindistan, Yunanıstan və Rusiya da Ermənistana dəstək verir. Bu gün verilən silahların təyinatı ilə bağlı deyilən fikirlər də sadəcə diqqəti yayındırmaq üçündür. Müdafiə təyinatı adı altında verilən silah-sursatı sabah çox rahat şəkildə Azərrbaycana qarşı təxribat məqsədi ilə istifadə edə bilərlər. Ona görə də Ermənistan kimi təcavüzəmeyilli ölkələri silahlandırmaq qətiyyən düzgün deyil”.

Polkovnik tədarük olunan bəzi silahların adlarının məlum olduğunu qeyd edib. “Ermənistana tədarük olunacaq silahların adı açıqlanmadığı üçün onun haqqında dəqiq nəsə demək çətindir. Üzdə görünənlər sadəcə piyadaların daşınması üçün istifadə olunan “Bastion” hərbi-zirehli maşınlarıdır. Bu maşınlar şəxsi heyyətin daşınması və təyin olunan yerə çatdırılması üçün nəzərdə tutulub. Daha öncə Rusiyanın verdiyi “Smerç” raket sistemi, “Ural” və “Kamaz” maşınlarını, o cümlədən, tank əleyhinə raketlər, qumbara və qumbaraatanlar verdiyini gördük. Bu tədarüklər açıq-aşkar həyata keçirildi. Fransa isə tədarük edəcəyi silahlarla bağlı heç bir məlumat vermir. Həmin silahların sadəcə müdafiə təyinatlı olmasına heç kim zəmanət verə bilməz. Bu cür silahlandırma tədbirləri gələcəkdə regionda vəziyyətin yenidən gərginləşməsinə şərait yaradacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198738

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930