Kasparov Putini məğlub etməyin yollarından danışdı: Qərb liderlərini ittiham etdi

22.02.2024 - 15:14

Rusiya hakimiyyəıtinə qarşı mübarizədə mühacir iş adamı və ictimai fəal Mixail Xodorkovskinin yanında yer alan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov rus müxalifətçisi Aleksey Navalnının ölümünə görə Qərb liderlərini sərt şəkildə ittiham edib.

KONKRET.az Almaniya mediasına istinadən xəbər verir ki, o, ABŞ prezidenti Co Baydenin və Almaniya kansleri Olaf Şoltsun Navalnının ölümünə reaksiyalarını “biabırçı” və imponentsayağı” adlandırıb. O, Qərb liderlərinin Rusiyada nəyisə etməyin hələ də mümkün olduğunu sübut etməyə çalışan müxalifətçinin aradan götürülməsinin bədəlini Putinə ödətdirmək üçün bütün imkanlara malik olduqlarını söyləyib.

Şahmatçı deyib ki, xaricdə yaşayan rusiyalı müxalif qüvvələr və Qərbdəki müttəfiqlər bu hərəkətsizliyi dəyişmək istəsələr də, əvəzində dövlət başçılarının qorxaqlığı, qətiyyətsizliyi ilə üzləşirlər. “Bu isə Putinə güc verir”. Harri Kasparov hesab edir ki, Rusiyada dəyişikliklərə yalnız Ukraynanın qələbəsi, bütün torpaqlarının azad edilməsi, Ukrayna bayrağının Sevastopolda qaldırıması imkan yarada bilər.

Onun fikrincə, bu halda Rusiyadakı əhali imperiyanın artıq öldüyünü anlayacaq: “Təfəkkürdə imperiya fikrini öldürmək lazımdır. Məğlub olmuş lider, çar-diktator uzun müddət hakimiyyətdə otura bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=198742

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31