Tehran kimin dost, kimin düşmən olduğunu anlamağa başlayıb – Ermənistanla GƏRGİNLİK

23.02.2024 - 10:38

“Hraparak” nəşri öz mənbələrinə istinadən yazır ki, Ermənistan nümayəndə heyətinin İrana son səfəri gərgin şəraitdə keçib.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Tehranda İran prezidenti İbrahim Rəisi ilə görüş keçirib və o, Ermənistan nümayəndə heyətinə Rusiyanın Qafqazdan sıxışdırılmasının son dərəcə arzuolunmaz olduğunu açıqlayıb.

Mher Qriqoryan: “Dəmir yolunun Arazdəyən-Horadiz hissəsi razılaşdırılıb”

Rəsmi İrəvan bu səfərlə bağlı detallı açıqlama verməyib. Demək olar ki, onlar əsas mövzudan yayınıblar və sadəcə olaraq bildiriblər ki, İran Ermənistanın suverenliyini dəstəkləyir.

“Rıbar” teleqram kanalı yazır ki, bağlı qapılar arxasında Rəisi bəyan edib ki, İran Rusiyanın hərbi mövcudluğunu gözdən salmaqla, hazırda İrəvanda açıq şəkildə axtarılan regional təhlükəsizliyin nəzarətinin Qərbə tam ötürülməsinə imkan vermir.

İran prezidentindən Qriqoryana: Razı deyilik! - GlobalInfo.az

Kanalda yazılanlara görə Tehran əmin edib ki, Rusiya regionu tərk edərsə, İran tərəfi Sünik bölgəsində öz hərbi bazasını yerləşdirməklə Ermənistanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilər. İran Qərbin regionda hərbi mövcudluğuna icazə verməyib və bunu sabitliyin pozulması faktoru adlandırıb.

Belə görünür ki, nəhayət, Tehranda regionda kimin dost, kimi düşmən olduğunu anlamağa başlayıblar.

Məlumdur ki, son zamanlar Ermənistan Qərbin kəşfiyyat qruplarını İranla sərhədə yerləşdirir. Ermənistan bu addımları ilə açıq şəkildə regionda Qərbin hərbi bazasına çevrilir. Bir zamanlar digər dövlətlərin maşası olan Ermənistan indi Qərbin əlində oyuncaqdır. Bu da erməniyə həmişə dəstək çıxan, müsəlman qardaşlarının problemlərini görməzdən gəlib, məscidləri dağıdan Ermənistanı müdafiə edən, onunla bağlı məsələləri “qırmızı xətt” adlandıran İranı narahat edir. İranın qoyduğu “maya”ları Ermənistan doğrultmur, İranın prizmasından yanaşsaq, Ermənistan nankorluq edir…
İndiyədək İranda bəzi qüvvələr Azərbaycanı hədəf göstərməyə, Azərbaycandan gələn hansısa mifik təhlükə haqda yalan təbliğat aparmağa çalışıblar. Tez-tez Azərbaycana qarşı haqsız bəyanatlar səsləndiriblər. Azərbaycan isə heç zaman oyunlara getməyib və həmişə qonşuluq prinsiplərinə sadiq qalıb.

Bəzən İran rəhbərliyi də bu uydurmaların təsiri altına düşüb, amma bu gün Rəisi hakimiyyəti artıq təhlükəninkim tərəfdən gəldiyini görür.

Bu barədə erməni mətbuatı yazıb ki, keçən həftə İran prezidenti İbrahim Rəisi Paşinyanla telefon danışığı zamanı digər məsələlərlə yanaşı, söhbətin əsas aspekti sayılmalı bir fikri də dilə gətirib.

Rəisi Qafqazı “sülhə ehtiyacı olan mühüm region” kimi dəyərləndirərək qeyd edib ki, İranın Qafqazla bağlı siyasəti aydındır: Qafqaz regionunun xarici qüvvələrin rəqabət meydanına çevrilməməsini təmin etmək lazımdır və buradakı məsələlər öz həllini tapmalıdır.

İranın xarici işlər naziri Ər-Riyada səfər edəcək - Busaat.az

Erməni mətbuatı yazır ki, bir həftə sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan İrəvana işgüzar səfərə gəlib. Və yenə də danışıqların gündəliyinin əsas mövzusu kimi İran tərəfi regional məsələlərə üçüncü tərəfin geosiyasi aktorlarını cəlb etmək imkanını istisna etməklə Ermənistanın “3+3” təşəbbüsündə tam iştirakı məsələsini müəyyən edib.

Yəni Tehran növbəti dəfə İrəvandan Qərblə flörtlərindən əl çəkməyi tələb edir.

Erməni mətbuatı yazır:

“Tehran xatırladır ki, Ankara və Bakının iştahını cilovlayan onun Naxçıvan, Mehri və bütün Cənubi Azərbaycan sərhədinin perimetri boyunca yerləşdirilmiş güclü hərbi qruplaşmasıdır !.

Bu, tamamilə başa düşülən arqumentlər Ermənistan Respublikasının dövlət idarələrində adekvat şəkildə qəbul edilmir. Problem ondadır ki, Paşinyan hökuməti qarşısında borc öhdəlikləri ilə bağlı həll olunmayan dilemma yaranıb. Geniş mənada Ermənistan Respublikası Sünikin təhlükəsizliyinə görə İslam Respublikasına borcludur və bu fakt danılmazdır”.

İranın hələ Ermənistanla bağlı hansısa ümidləri qalıb. Ancaq unutmalı deyillər ki, ermənilər yaxın və uzaq tarixdə hər zaman ikili oynayıblar. Onlar həmişə kənar qüvvələrin maşasına çevriliblər və heç zaman Ermənistana tərəfdaş kimi yanaşılmayıb. İndi də Paşinyan hökuməti Qərbin ətəyindən yapışıb və erməni mətbuatının da yazdığından göründüyü kimi, məcburiyyətdən İranla üzdə görünən yaxınlıq edir. Tehranda gedən müzakirələrdən belə anlaşılır ki, İran artıq kimin dost, kimin düşmən olduğunu anlamağa başlayıb. Hələ gec deyil…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930