Puti Baydenin təhqirinə cavab verdi: “Baydenin Rusiya üçün daha münasib olduğunu düşünürəm”

23.02.2024 - 11:22

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin Kaliforniayda seçki kampaniyası zaamnı etidyi çıxışda şəxsinə qarşı səsləndirdiyi təhqirlərə maraqlı reaksiya verib. Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu barədə Rusiya dövlət kanalı “Rossiya-1″ə müsahibəsində suala  istehzalı cavab verib.

Putin bildirib ki, Baydenin təhqiri bir müddət əvvəl ABŞ prezidenti postunda danışıqlar üçün Donald Trampdansa Baydeni görmək istəməsi barədə dediklərinə işıq salır: “Mən o zaman dedim ki, istənilən prezidentlə işləyə bilərik, amma Baydenin Rusiya üçün daha münasib olduğunu düşünürəm. İndi də o zaman dediklərinizə əsaslanaraq deyə bilərəm ki, mən tamamilə haqlıyam. Byadenin mənim sözlərimə uyğun reaksiya haqlı olduğumu göstərir..”.

Baydendən açıq təşəkkür gözləmədiyini söyləyən Putin daha sonra deyib: “O, mənə “Afərin Volodya, mənə kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməz. Biz ABŞ-ın daxili siyasətində nə baş verdiyini bilir, anlayırıq…”.

Xatırladaq ki, Bayden seçki kampaniyası çərçivəsində Kaliforniya ştatının San-Fransisko şəhərində keçirilən tədbirdə Putini “manyak” adlandıraraq təhqir edib. Kremlin sözçüsü Dmitri Peskov dərhal buna reaksiya verərək, yaşananları “utancverici” sayıb. Rusiya XİN isə Baydenin təhqirlərinə görə ABŞ-a nota verib. Qeyd edək ki, ABŞ-da noyabrın 5-də Perzident seçkisi keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=198764

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930