Aleksey Navalnının ANASI DANIŞDI: “Meyiti mənə göstərdilər, amma şərt qoydular ki…”

23.02.2024 - 11:41

“Rusiyanın Salixard şəhərindəki İstintaq Komitəsi müxalifət lideri Aleksey Navalnının gizli şəkildə dəfn olunmasını istəyir”. KONKRET.az xəbər verir ki, bu barədə mərhum müxalifətçinin anası Lyudmila Navalnaya məlumat verib.
Onun sözlərinə görə, Salihxrd şəhər İstintaq Komitəsində bir sutka saxlanılıb. Həmin gecə gizli şəkildə meyitxanaya aparılıb və oğlunun meyiti ona göstərilib. Bu zaman vəkili yanında olmayıb. Vəkili Lyudmila Navalnının yanına yalnız ertəsi gün günortadan sonra buraxılıb. Müstəntiqlər və kriminalistlər anaya bildiriblər ki, Aleksey Navalnının ölümünün səbəbi məlumdur, bu barədə bütün tibbi və hüquqi sənədlər hazırdır: “Bu sənədlərin hamısını gördüm. Ölüm haqqında tibbi şəhadətnaməni də imzaladım. Qanuna əsasən, onlar Alekseyin meyitini dərhal mənə verməli idilər. Lakin onlar bunu indiyədək etməyiblər”.
Lyudmila Navalnaya deyib ki, oğlunun nəşini təhvil vermək əvəzinə, müstəntilər və kriminalistlər onu şantaj ediblər. “Onlar müxalifətçinin nə vaxt, necə və harada dəfn olunması barədə şərtlər irəli sürdülər. Bu, qeyri-qanuni tələbdir. Mənim yanımda arası kəsilmədən, güman edirəm ki, ya Kremldən, ya da İstintaq Komitəsinin Mərkəzi Aparatından əmrlər gəlirdi. Onlar istəyirlər ki, dəfn gizli keçirilsin, vida mərasimi olmasın. İstəyirlər ki, məni qəbiristanlığın kənarına gətirib, təzə məzarı göstərərək “burada sizin oğlunuz yatır” desinlər”.

Maraqlıdır ki, ananın “mən bununla razı deyiləm və bununla bağlı heç bir sənədə imza atmamışam” sözləri sonradan çıxışından silinib.

Short URL: http://www.cumhuriyyet.net/?p=198770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31