“Qərarımız dəyişməyib, Kamil Zeynallı həbs ediləcək” – Ermənistan DİN-dən TƏCİLİ AÇIQLAMA

23.02.2024 - 11:49

“Axtarışa verdiyimiz azərbaycanlı məşqçi Kamil Zeynallının tapılması ilə bağlı Rusiya tərəfindən rəsmi məktub almışıq”. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib. O deyib ki, Kamil Zeynallı Ermənistan tərəfindən dövlətlərarası axtarışdadır. Onun barəsində həbs qətimkan tədbiri ilə bağlı qərar dəyişməyib:

“Fevralın 21-də günorta saatlarında Rusiya Federasiyasından rəsmi məktub daxil olub və orada Kamil Zeynallının axtarışı ilə bağlı faktın təsdiqlənməsi xahiş olunub. Cavab olaraq həmin şəxsin dövlətlərarası axtarışda olduğunu dərhal təsdiqlədik”. O daha sonra bildirib ki, axtarışda olan şəxsin azadlığa buraxılması ilə bağlı məlumatın yayılmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb:

“Bu sənədlər Rusiya hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Biz zəruri ekstradisiya tədbirlərinin təşkili ilə məşğuluq”, – Sarkisyan bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=198774

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31