Rotşildlər ailəsinin lideri vəfat edib

27.02.2024 - 11:21

Siyasətdən biznesə qədər dünyada bir çox sahədə söz sahibi olan ingilis əsilli Rotşildlər ailəsinin 4 nəsil lideri Jakob Rotşild 87 yaşında vəfat edib. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə dünya siyasətinə yön verən ailədən açıqlama verilib.

Açıqlamada deyilir: “Atamız Yakob bir çox insanın həyatında mühüm yer tuturdu. O, çox uğurlu bir maliyyəçi, mədəniyyət və incəsənət müdafiəçisi, sadiq bir dövlət qulluqçusu, İsraildə yəhudi mədəniyyətində xeyriyyəçiliyin aktiv tərəfdarı idi. O, həm də yaxşı ekoloq, çox sevilən bir dost, ata və baba idi”.

Ailəsi dəfn mərasiminin yəhudi adət-ənənələrinə uyğun olaraq əvvəl ailə daxilində, daha sonra isə geniş anım mərasimi ilə keçiriləcəyini bəyan edib.

Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Artur Ceyms Balfour 2 noyabr 1917-ci ildə sionist hərəkatının öncüllərindən olan Lord Valter Rotşildə yazdığı məktubda Fələstin torpaqlarında yəhudilər üçün bir dövlət quracağına söz vermişdi. Bundan sonra İsrail dövlətinin qurulması yolu açılıb və Fələstinin tarixini kökündən dəyişməyə başlayıb.

Yakob Rotşildin öüzü isə 2017-ci ildə verdiyi müsahibədə ailəsinin Fələstində sionist dövlətinin qurulmasına şərait yaratdığını təsdiqləyib: “İsrail bizkm sayədə qurulub”

1936-cı ildə İngiltərədə anadan olan Rotşild təhsilini ölkənin qabaqcıl məktəblərindən biri olan Eton Kollecində və Oksford Universitetində başa vuraraq ailə peşəsi olan bankçılıqda iş həyatına başlayıb.

Bir çox maliyyə şirkətlərinin və aktivlərin idarə edilməsi şirkətlərinin yaradıcısı və meneceri olan Rotşild eyni zamanda dünyanın aparıcı incəsənət kolleksiyalarının nümayiş olunduğu Londonda Milli Qalereyanın direktorlar şurasının sədri olub.

1991-1999-cu illər arasında İngiltərə Parlamentinin yuxarı palatası olan Lordlar Palatasının üzvü olan Rotşild öldüyü zaman “4-cü Rotşild baronu” ünvanına sahib idi. Vəfatından sonra isə oğlu Nataniel Filip Rotşild baron titulunu daşıyacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198812

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930