HƏMAS lideri ilə bağlı SENSASİON İDDİA

27.02.2024 - 11:56

Radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvar Qəzza zolağındakı tunellər şəbəkəsində gizlənib. Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, HƏMAS lideri özünü israilli girovlardan ibarət “insan qalxanı” ilə əhatə edib.

Bu onu ələ keçirmək və ya öldürmək cəhdlərinin qarşısını alır. Qəzetin mənbələri iddia edir ki, Sinvar ələ keçirilmədən və öldürülmədən Fələstin-İsrail münaqişəsi başa çata bilməz. Qeyd olunub ki, “insan qalxanı” bu işdə yeganə problemdir, çünki HƏMAS liderinin yerini müəyyənləşdirmək çətin deyil. Məlumata görə, o, doğulduğu Xan Yunis şəhərinin altındakı tuneldədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=198832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930