Putin Navalnını bu rus killerlə dəyişmək istəyirmiş: “Son anda fikrini dəyişib” – YENİ DETALLAR
“Aleksey Navalnının məhbus mübadiləsi çərçivəsində azad olunması ilə bağlı danışıqlar aparılırmış”. Cumhuriyyet.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə Navalnı komandasının üzvü, Korrupsiya ilə Mübarizə Fondunun sədri Mariya Pevçix məlumat verib. Onun sözlərinə görə, ABŞ və Almaniya rəsmi şəxslərinin iştirak etdikləri danışıqlar Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra başlanılıb və iki il davam edib. Putinin hər şeyə hazır olduğuna əmin olan dairələr Navalnının nəyin bahasına olursa-olsun, təcili olaraq həbsdən azad edilməsini istəyiblər.
Plana görə, Navalnı 2019-cu ildə Almaniyada keçmiş çeçen komandiri Zəlimxan Xanqoşvilini qətlə yetirdiyinə görə ömürlük cəzaya məhkum olunmuş rusiyalı killer Vadim Krasikovla dəyişdirilməli imiş. Ötən ilin dekabrında məhbusların mübadiləsi üzrə konkret plan hazırlanıb, amma Putin son anda fikrini dəyişib. Mariya Pevçix bunu Putinin “Navalnının azad edilməsi ilə barışmaq istəmədiyi” ilə izah edib.
Fevralın 15-də danışıqlar yekun mərhələyə daxil olub, lakin ertəsi gün Navalnının ölüm xəbəri gəlib. Almaniya hökumətindən bildirilib ki, hazırda məhbusların mübadiləsi ilə bağlı xəbərləri şərh edə bilmirlər. Kreml Mariya Pevçixin bəyanatına reaksiya verməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=198842