Rəsmi Moskvadan NATO-ya xəbərdarlıq: “NATO-Rusiya müharibəsi qaçılmaz olacaq”

27.02.2024 - 15:39

“Əgər Qərb ölkələri Ukraynaya qoşun göndərsə, bu, NATO-Rusiya müharibəsinin qaçılmaz edəcək”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Makronun sözlərin cavabda deyib.

O bildirib ki, NATO-nun Ukraynaya qoşun göndərilməsini mümkün sayıb: “Bəli, biz bunun açıq şəkildə baş verəcəyini istisna etmirik. Ancaq bu, baş verərsə, savaşın Avropaya genişlənməsi qaçılmaz olacaq. Əlbəttə, biz Fransa prezidentinin bəyanatından çox əvvəllərdən bir varianta hazırlıqlıyıq”.

Xatırladaq ki, Makron dünən bildirib ki, 2 ildən artıqdır Rusiyaya qarşı döyüşən Ukraynaya qoşun yeridilməsi ilə bağlı Avropa ölkələri arasında konsensus olmasa da, belə bir ehtimal həmişə qüvvədə olub, olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=198858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930