Siyasi motivli kiberhücumlar ən çox hansı ölkələrdən edilir? – Siyahı
2000-2023-cü illər arasında Avropa Kiber İnsidentlər Anbarının (“EuRepoC”) məlumat bazası dünya üzrə 679 tanınmış qrup tərəfindən həyata keçirilən 2 506 siyasi motivli kiberhücum qeydə alıb. Yeniavaz.com xəbər verir ki, son 23 ildə edilən kiber hücumların 44,8%-nin hansı ölkədən edildiyini müəyyən etmək mümkün olmayıb.
“EuRepoC”nin qeydə aldığı 2 506 kiberhücum aşağıdakı ölkələrin payına düşüb:
Bilinməyən mənbə – 44,8%
Çin – 11,9%
Rusiya – 11,6%
İran – 5,3%
Şimali Koreya – 4,7%
Ukrayna – 2,6%
ABŞ – 2,3%
Pakistan – 1,8%
Türkiyə – 1,7%
Digər ölkələr – 13,4%
Short URL: http://www.cumhuriyyet.net/?p=198907