Nazarbayevin kiçik qızına qarşı ittiham – 170 milyon dollarlıq biznesə çöküb

28.02.2024 - 16:05

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva və Konstitusiya Şurasının keçmiş sədri İqor Roqovun həyat yoldaşı Valentina Roqova özgələrinin biznesinə çökməkdə ittiham olunurlar.

“2003-cü ildə Aliyə Nazarbayeva öz nüfuzundan istifadə edərək 7 neft bazası və 96 yanacaqdoldurma məntəqəsi daxil olmaqla 170 milyon dollar dəyərində biznesi ələ keçirib. O, obyektlərin keçmiş sahiblərini həbsxana və zorakılıqla hədələyib. Ali Məhkəmənin keçmiş sədri İqor Roqovun həyat yoldaşı Valentina Roqovanın onunla əməkdaşlıq etdiyi də məlumdur”, – deyə mətbuat konfransının elanında deyilir.

Mətbuat konfransında “TPK Asia” MMC-nin sahibi Bimurzin Nurlan bildirib ki, onun biznesə çökmə hadisəsi ilə bağlı ərizəsi hazırda aktivlərin bərpası komitəsindədir.

O, həmçinin qeyd edib ki, bu məsələdə sona qədər getməyə hazırdır.

“20 ildir insanlar qanunsuz hərəkətlərə dair sübutlar toplayırlar – bunlar ianə və alqı-satqı müqavilələri sənədləridir. O zaman 170 milyon dəyərində olan aktivlərə fiksiya üçün 19 min dollar qiymət qoyublar. Heç olmasa bu 19 mini insanlara verəydilər… onu da verməyiblər. Burada hələ çox hüquqi incəliklər var, ümid edirəm ki, müstəntiqlər buna son qoyacaq və iş məhkəməyə gedəcək”, – deyə Orda.kz ictimai xadim Jarkın Kurentayevdən sitat gətirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=198925

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31