Qəzza əhalisi aclıqla ölümə məhkum edilib – BMT

28.02.2024 - 16:10

Qəzza əhalisinin azı dörddə biri – 576 min nəfəri aclığın bir addımlığındadır, bütünlükdə əhalinin isə ərzağa ehtiyacı var. Buna bəzi ərzaq maşınlarının talan edilməsi, ac adamlar tərəfindən ələ keçirilməsi səbəb olur.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, BMT rəsmiləri fevralın 27-də qurumun Təhlükəsizlik Şurasında bu haqda danışıblar.

BMT-nin humanitar ofisi və ərzaq, kənd təsərrüfatı təşkilatları Qəzzanın 2.3 milyonluq əhalisinin ərzaq təhlükəsizliyi böhranı ilə üzləşdiyini, ərzaq və humanitar təchizatların qıtlaşdığı şimalda ictimai asayişin pozulduğunu bildirib.

Qurumun humanitar məsələlər üzrə koordinatoru Rameş Racasinqham BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, vəziyyətin daha da pisləşməsi üçün hər cür imkan var. Onun sözlərinə görə, Qəzza əhalisinin dörddə birinin aclıq həddində olması ilə yanaşı, anklavın şimalında yaşı ikidən az hər altı uşaqdan biri kəskin pis qidalanma və çəki itirilməsidən əziyyət çəkir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktor müavini Karl Skau qeyd edib ki, bu, dünyada uşaqların ən pis qidalanma səviyyəsidir. O xəbərdarlıq edib ki, heç nə dəyişməsə, Qəzzanın şimalında aclıq qaçılmazdır.

K.Skau BMT-nin anklavın şimalına yardım göndərməyi bərpa etdiyini açıqlayıb. Ancaq o, fevralın 18-19-da göndərilən yüklərin nəzarət-buraxılış məntəqələrində yubanma, atəş, digər zorakılıq, ərzaq talanı ilə üzləşdiyini vurğulayıb. “Çatdıqları yerdə isə onları ümidsiz ac adamlar ələ keçirib”, – o deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=198929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31