Ağ Ev Putinin nüvə hədə-qorxusuna cavab verdi

01.03.2024 - 11:11

ABŞ artıq Rusiyaya nüvə silahından istifadənin nəticələri barədə xəbərdarlıq edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vladimir Putinin son nüvə təhdidinə cavab verərkən deyib.

ABŞ rəsmisi Putinin fevralın 29-da Federal Məclis qarşısındakı çıxışı zamanı Qərbi nüvə silahı ilə təhdid etməsini “məsuliyyətsizlik” adlandırıb: “Vladimir Putinin bu cür məsuliyyətsiz ritorikasını ilk dəfə görmürük”.

Onun sözlərinə görə, nüvə silahı olan dövlətin rəhbərinin belə bəyanatları qəbuledilməzdir: “Biz daha əvvəl nüvə silahından istifadənin nəticələri barədə Rusiya ilə özəl və birbaşa formada əlaqə saxlamışıq”.

Onun sözlərinə görə, hələlik Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur. Lakin ABŞ vəziyyəti yaxından izləməkdə davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=198947

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31