Papadan İsrailə çağırış: “Xahiş edirəm, dayanın!”
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Qəzza ilə bağlı İsrailə çağırış edib.
“AzPolitika” xəbər verir ki, Papa atəşkəs danışıqlarının davam etdirilməli olduğunu bildirib.
“Hazırda davam edən hərbi əməliyyatlar səbəbindən Fələstin və İsrail xalqlarının çəkdikləri əzab-əziyyəti hər gün qəlbimdə daşıyıram. Minlərlə ölü və yaralı, məcburi köçkün var. Bu, gələcəklər risk altında olan müdafiəsiz insanlar üçün dəhşətverici haldır”,-deyə o qeyd edib.
Bu yolla daha yaxşı bir dünyanın qurula biləcəyinin sual altında qaldığını ifadə edən Papa, “Həqiqətən bu yolla sülhə nail ola biləcəyimizi düşünürükmü? Xahiş edirəm, dayanın!”-deyə qarşıdurmanın yekunlaşmasını istəyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=199033