Hərbi əməliyyatlar BAŞLAYIR: “Məhv edəcəyik…” Türkiyədən ŞOK

07.03.2024 - 13:04

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm açıqlamalar verib. “Sərhədimiz daxilində və xaricində maneələrə baxmayaraq, terrorla mübarizəni qətiyyətlə davam etdiririk. İraq sərhədlərimizlə bağlı məsələni bu yay həll etmiş olacağıq” – o deyib. Musavat.com xəbər verir ki, “Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi Türkiyə Ordusunun keçirəcəyi hərbi əməliyyatlarla bağlı bəzi detalları açıqlayıb.

O bildirib ki, ilk olaraq “Pence-kilid” əməliyyatının aparıldığı bölgədə genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək və bununla bağlı Bərzani ailəsinin nəzarətində olan İraq mərkəzi hökuməti və Ərbil rəhbərliyi ilə razılaşma əldə edilib. “Əməliyyatdan əvvəl bölgədəki müvəqqəti və daimi baza sahələrinin möhkəmləndirilməsi davam edir. “Pence-kilid” bölgəsi (Metina, Avaşin-Basyan rayonları) sərhədləri içərisindəki terror yuvaları havadan verilən dəstək əməliyyatları ilə yox ediləcək. Türkiyə ilə İraq arasındakı sərhədin uzunluğu 378 kilometrdir. Həyata keçiriləcək əməliyyatla bütün 378 kilometrlik sərhədimizdə terrora qarşı kilid bağlanacaq.

Mağaraları ilə məşhur olan Qara bölgəsi də daxil olmaqla sərhəd xəttinə çatılacaq. Qarada terror təşkilatına aid mağara və sığınacaqlar dağıdılıb. Amma bu bölgə terror təşkilatının yenidən istifadə etməməsi üçün daimi nəzarətə götürüləcək. “Pence-kilid” bölgəsindəki mağaralar təmizlənərək məhv ediləcək. Nöqtə əməliyyatları Qara rayonunda həyata keçiriləcək” – yazar qeyd edib. Abdülkadir Selvi vurğulayıb ki, Suriyada olduğu kimi, Türkiyənin İraq sərhədində də uzunluğu 378 kilometr, dərinliyi 40 kilometr olan təhlükəsiz xətt yaradılacaq:

“Türk Silahlı Qüvvələri kilidləmə əməliyyatı həyata keçirəcək. İraq mərkəzi hökuməti və Ərbilin kəşfiyyat dəstəyi verməsi, həmçinin Süleymaniyyə və Sincarda PKK-ya qarşı tədbirlər görəcəyi gözlənilir.

Bundan başqa, Türkiyə İraqdakı əməliyyata hazırlaşarkən Suriyada diplomatiyaya önəm veriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=199046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728