Trampın 2025-ci il layihəsi: ABŞ-də nələr dəyişəcək?

07.03.2024 - 13:17

2024-cü ildə ABŞ-də baş tutacaq prezident seçkisi öncəsi ən ciddi rəqibi Co Baydeni üstələyən Donald Trampı dəstəkləyən bir sıra mühafizəkar beyin mərkəzləri 2025-ci ilə dair planlarını hazırlayıblar.

“AzPolitika” xəbər verir ki, “Heritage Foundation” təşkilatının başçılıq etdiyi 70-ə yaxın beyin mərkəzi vacib hesab etdikləri dəyərləri qorumaq üçün seçkidə qalib gəlməyin kifayət etmədiyini, bunun üçün də 180 günlük “keçid planı” hazırladıqlarını açıqlayıblar.

“2025-ci il layihəsi” adlandırılan bu proqrama görə, onlar Tramp və ya başqa bir respublikaçının hakimiyyətə gələcəyi təqdirdə Amerika Federal strukturunda “qatı liberallar” kimi təsvir etdikləri şəxsləri təmizləməyi və onları mühafizəkar fərdlərlə əvəz etməyi planlaşdırırlar.

Mühafizəkar qrupların fikrincə, respublikaçılar Trampın ilk prezidentliyi dövründə hazırlıqsız olublar. Onlara görə, Trampın kabinetində özü kimi şəxslər yox, Mayk Pens və Mayk Pompeo kimi  mərkəzçi siyasətçilər olub:“Bu, Tramp administrasiyasında dəfələrlə problemə səbəb olub. Tramp demək olar ki, hər ay kabinetində dəyişiklik edib. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Cim Ceffri hətta “Biz qoşunların Suriyadan çıxarılması ilə bağlı Trampa yalan danışdıq” demişdi. Bu səbəbdən təkcə Trampın kabinetində deyil, ABŞ-nin bütün federal qurumlarında Trampla işləmək üçün intellektual baxımdan uyğun insanların olması arzu edilir. Bu dəyişiklik Trampın təyinatları ilə, həm də mülki sahədə bəzi təşəbbüslərlə reallaşacaq”.

Qeyd olunur ki, dörd minə yaxın federal vəzifəli şəxs seçilmiş siyasi partiya tərəfindən vəzifəyə təyin edilsə də, “2025-ci il layihəsi” qüvvəyə minəcəyi təqdirdə bu rəqəm on minlərə çata bilər.

2025-ci il layihəsi”ndə kadr islahatlarıyla yanaşı, bəzi ideoloji dəyişikliklərin də olacağı vurğulanır. Məsələn, ABŞ-də işə qəbul zamanı “irq və cinsiyyət əsasında seçimə aparan liberal ədalət qaydaları”, Pentaqonun “irqi və gender müxtəlifliyi proqramları” qadağan ediləcək. Dəyişikliklər xüsusilə Obama və Bayden dövründə tətbiq olunan “LGBTİ tərəfdarları”nada şamil ediləcək. Bilidirilir ki, ABŞ-nin mərkəzi siyasətində ailə dəyərləri yenidən ön planda olacaq.

Bundan başqa, layihə prezidentin səlahiyyətlərinin artırılmasını da nəzərdə tutur. Trampın edəcəyi inzibati təyinatlar sayəsində bir çox qərarlar Senat və Konqresin icazəsi olmadan qəbul ediləcək.

Qeyd olunur ki, ABŞ federal sistemi demək olar ki, Obama dövründən bəri respublikaçıların deyil, demokratların üstünlük təşkil etdiyi strukturlara çevrilib. Mühafizəkarlar bütün dövlət qurumlarında, xüsusilə Pentaqon və MKİ-də liberal proqramların artırılmasını, LGBT və cinsi azlıqlara əsaslanan siyasətin populyarlaşmasını bununla əlaqələndiriblər.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199058

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930