Hakan Fidan mühüm xəbəri elan etdi: Türkiyə HAZIRDIR

10.03.2024 - 12:45

Türkiyənin xarici işlər naziri Fidan bu həftə ABŞ-ın paytaxtı Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Entoni Blinken, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Hayns ilə mühüm görüşlər keçirib.

Musavat.com xəbər verir ki, H. Fidan mətbuat mənsublarına verdiyi açıqlamada Türkiyə-ABŞ münasibətlərini dəyərləndirib.

“Hazırda, xüsusən də bu mərhələdə yenilənmiş psixologiya, daha müsbət gündəm və yeni səhifə açaraq yolumuza davam etmək imkanımız var. Böhranları idarə etmək üçün hər iki ölkənin yaddaşı və refleksləri var. Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışırıq. Hazırda yaşadığımız problemləri idarə etmək, eyni zamanda iki ölkənin istehsal edə biləcəyi ortaq potensial və imkanları reallaşdırmaq vacibdir” – türkiyəli nazir deyib.

Hakan Fidan ABŞ-ın YPG/PKK ilə müvəqqəti başlayan, lakin daimi istiqamətə doğru irəliləyən əməkdaşlığının Türkiyə ilə qarşıdurma riski daşıdığını və bunu həmsöhbətlərinə dediyini bildirib: “Amerika administrasiyasının bu məsələdən necə çıxacağını və hansı addımları atacağını görəcəyik”.

XİN başçısı Türkiyənin S-400 almasına görə ABŞ-ın birtərəfli qaydada ləğv etdiyi F-35 proqramına da toxunub: “Türkiyə bu mövzuları geniş fikir və açıq şəkildə danışmağa və müzakirə etməyə hər zaman hazırdır. Biz də inanırıq ki, indiki mərhələdə məsələləri müxtəlif rakurslardan müzakirə edə bilərik. Düşünürük ki, Amerika da bu məsələdə açıq fikirli olmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199094

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930