Qərb İrəvanı yeni müharibəyə hazırlayır
Hindistan Ermənistana strateji əhəmiyyət kəsb edən ixrac məhsullarını gətirmək üçün hava dəhlizi yaradır. HAL və CONCORD şirətləri bu məqsədlə HALCON birgə işçi qrupu təsis ediblər.
“AzPolitika” xəbər verir ki, bu barədə Hindistanın aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış IADN mediası xəbər yayıb. Qeyd olunur ki, yeni təsisat Hindistan və Ermənistan arasında logistika fəaliyyətini yaxşılaşdıracaq.
Şübhəsiz ki, Hindistan bu dəhlizi İranla birgə yaradıb və əsasən Ermənistana silah-sürsat daşımaq üçün nəzərdə tutulub. İran müharibədən sonra Ermənistanın sarsıdılmış müdafiə qabiliyyətinin bərpa olunmasında iştirak edir.
Qərb üzdə Ermənistanı Rusiya təhdidlərinə qarşı silahlandırdığını iddia etsə də, əsas məqsədin İrəvanı Azərbaycanla yeni müharibəyə hazırlmaq olduğu şübhə doğurmur. Ermənistanın müxtəlif bəhanlərlə sülh müqaviləsi bağlamaqdan imtina etməsi, Azərbaycanın 8 kəndini işğalda saxlaması və Paşinyanın yeni ərazi iddiaları ilə çıxış etməsi də bunu sübut edir. Görünür, nə İrəvan, nə də himayədarları 44 günlük müharibədən dərs almayıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=199126