Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması…

13.03.2024 - 10:41

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunub saxlanması Türkiyənin prioritetləri arasındadır.

Ərdoğan Balkan yarımadası ölkələrinin sabitliyinə və sülhünə xidmət edən addımları hər zaman dəstəklədiklərini bildirib.

Ölkə başçısı xatırladıb ki, Türkiyə ötən ilin oktyabr ayından Kosovodakı NATO qüvvələrinə komandanlıq edir. Ərdoğan Türkiyənin 70 ildən artıqdır fəal və güclü üzvü olduğu NATO-nun təhlükəsizliyin təməl daşlarından biri olduğunu vurğulayıb.

Prezident Türkiyənin NATO-dakı müttəfiqi ABŞ ilə Vaşinqtonda keçirilən son strateji mexanizm toplantısında əməkdaşlığı inkişaf etdirmək qərarına gəldiklərini və Avropa Birliyinə üzvlüyün strateji hədəf olaraq qaldığını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031