“Boeing”in keyfiyyətini şübhə altına alan şəxs məhkəmədən bir gün qabaq öldü – Qətl, yoxsa…?

13.03.2024 - 13:25

“Boeing-in 737 Max” təyyarəsinin istifadə olunmayan təcili çıxış qapısının uşuç vaxtı qopmasından sonra gündəmə gələn keyfiyyət standartları müzakirəsində güc verən şirkətin keçmiş vəzifəli əməkdaşı Con Barnett qaldığı otelin dayanacağındakı avtomobilində ölü tapılıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 32 il şirkətdə mühüm vəzifələr tutan Barnettin ölümü dünya mediasında böyük maraq doğurub.

Bildirilib ki, “Boeing” və onun əsas təchizatçısı “Spirit Aerosystems”in “istehsal xətaları” haqda sensasiyalı iddialar irəli sürülən Barnetin şirkətlə bağlı araşdırmaların və məhkəmə prioseslərinin gücləndiyi bir dönəmdə ölümü təsadüf ola bilməz.

Çünki ölümündən bir gün əvvəl “Boeing”ə qarşı açılan işdə o, ifadə verməli idi. Ancaq Barnettin prosesə qatılmaması və telefon zənglərini cavabsız buraxması onun axtarışına səbəb olub: “O, otelin dayanacağında avtomobildə ölü tapılıb. Meyitin ilkin müayinəsi zamanı onun xəsarət aldıı aşkar görünür. istintaq isə bunu ilkin olaraq “özünə vurduğu xəsarət” kimi yozub və ölümü intihar sayıb. Hazırda 2017-ci ildə təqaüdə çıxan Barnettin ölümü ilə bağlı istintaq davam edir…”.

“Boeing” şirkəti isə Barnettin ölümü ilə bağlı başsağlığı mesajı yayıb, kədərini ifadə edib.

Xatırladaq ki, 2010-cu ildən “North Charleston 787 Dreamliner” təyyarələrinin istehsal olunduğu Boeing şirkətində keyfiyyət meneceri kimi çalışan Barnett 2019-cu ildə verdiyi müsahibədə təzyiq altında işləyən işçilərin təyyarələrə bəzən bilərəkdən keyfiyyətsiz hissələri yerləşdirdiyini deyib: “Bəzən sifarişləri vaxtında çatdırmaq üçün buna məcbur qalırdılar. İşçilər köhnə, istismar müddəti bitmiş təyyarələrdən lazım olan detalı sökərək yenisinə baöğlayırdılar…”.(mia.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930