Ukraynada növbəti səfərbərlik – 330 MİN İNSAN ORDUYA ÇAĞIRILDI

13.03.2024 - 13:30

Ukrayna cəbhə xəttində tükənmiş hərbi qulluqçuları əvəz etmək üçün 330 min nəfəri səfərbər etməyi planlaşdırır. Hurriyyet.az xəbər verir ki, bu barədə  “Financial Times” Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat verib. Nazirlikdən qəzetə bildirilib ki, “qalan əsgərlər döyüş meydanındakı vəziyyətdən asılı olaraq itkiləri kompensasiya edəcək və digər hərbi ehtiyacları ödəyəcəklər”.

Nəşrin yazdığına görə, Ukrayna ümumilikdə yarım milyon insanı səfərbər etməyi planlaşdırır: “Ancaq döyüş yaşında olan kişilərin əhəmiyyətli bir hissəsi cəbhəyə getmək istəmir”.

Nəşr Ali Radanın hesablamalarına istinad edərək yazır ki, 25-60 yaş arasında olan 11,1 milyon ukraynalı kişidən yalnız 3,7 milyonu səfərbər oluna bilər. Qalanları ya müharibədədir, ya əlildir, ya xaricdədir, ya da iş yerində “bronlaşdırılıb”.

Nəşr “Info Sapiens”-in fevralda keçirdiyi sorğuya istinad edir ki, kişilərin 48%-i döyüşməyə hazır deyil, 34%-i isə hazırdır. Qalanları “demək çətindir” cavabını verib.

Səfərbərlik qanun layihəsi haqqında danışan FT jurnalistləri yazır ki, hərbi xidmətdən yayınanlar “hərbi çağırışçılar tərəfindən evə baş çəkəcək və sürücülük vəsiqəsindən məhrum ediləcəklər”. Nəşr belə məlumatları qanun layihəsinin yekun variantını müzakirə edən deputatlara istinadən təqdim edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=199246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930