Türkmənistandan vacib qərar: Pekin və Moskva təlaşa düşdü

13.03.2024 - 13:37

Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Dövlətləri Təşkilatının tamhüquqlü üzvlüyünə qərar verib. O, bu haqda Antalya Diplomatiya Forumunda elan edib.

Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Aşqabad doğru qərar verib: “Türkmənistan buna qədər təşkilatın toplantılarına müşahidəçi kimi qatılırdı. Aşqabad türk inteqrasiyasından kənarda qalmamağa üstünlük verib. Aşqabad eyni zamanda Avropa ölkələri ilə də əməkdaşlığı gücləndirmək istəyir. Misal üçün Türkmənistan və ATƏT il ərzində 37 birgə layihənin reallaşmasına qərar veriblər. May ayında Aşqabadda ATƏT Parlament Assambleyasının regional toplantısı keçiriləcək. ATƏT Aşqabadda ofisini 2023-cü ildə açıb. Bu ildən başlayaraq Türkmənistanla ATƏT arasında təmaslar genişlənib.

Türkmənistanla əməkdaşlığa Avropa İttifaqı da maraq göstərir. Brüssel Mərkəzi Asiyanın enerji resurslarının Rusiyadan yan keçməklə Avropaya nəqlinə çalışır. Bu səbəbdən Brüsselin Orta dəhliz layihəsinə marağı artıb. Bu layihənin reallaşmasında Azərbaycan da iştirak edir”.

Politoloqun sözlərinə görə, Moskva və Pekin Türkmənistanın Avropa ilə yaxınlaşmasından narahatdır: “Aşqabad Rusiya və Çindən asılılığını azaltmaq istəyir. Misal üçün Türkmənistanın rəsmi mətbuatında Çin artıq “strateji tərəfdaş” kimi təqdim edilmir. Bunun əvəzinə Aşqabadın ABŞ, Avropa, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığına dair məqalələr yayımlanır. Beləliklə, Aşqabad Çinə alternativ formalaşdırır. Halbuki Çin son illərdə Mərkəzi Asiyada, o cümlədən Türkmənistanda möhkəmlənməyə çalışır. Mərkəzi Asiya ölkələri bunun təhlükəli olduğunu anlayıblar.

Bu arada, Aşqabad Türkmənistan-Çin qaz boru xəttinin genişləndirilməsi layihəsinin reallaşdırılmasını yubadır. Aşqabad Türkmənistan qazını fərqli bazarlara yönətlməyə və Çin bazarından asılılığını azaltmağa çalışır. Qurbanqulu Berdiməhəmmədovun Aşqabada gələn Çin nümayəndə heyətini qəbul etmək istəmədiyi də diqqəti çəkib.

Türkmənistan üçün alternativ istiqamətlərdən biri də türk dövlətləri ilə inteqrasiyanı gücləndirməkdir. Türkmənistanın Türk Dövlətləri Təşkilatına qayıdışı bu ölkənin Azərbaycanla da əməkdaşlığının gücləndirilməsinə səbəb olacaq. İki ölkə arasında birgə iqtisadi və enerji layihələrin reallaşdırılması türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək. Türkmənistan Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Türkiyə də bunu istəyir. Türkmənistan qazının Türkiyəyə nəqli ya İran, ya da Azərbaycan üzərindən mümkündür. İkincinin reallaşması üçün Xəzərin dibi ilə boru xətti tikilməlidir. Ankara 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199250

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930