Paşinyanın Putinə hazırladığı şok “hədiyyə”

14.03.2024 - 10:57

Ermənistan Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxa bilər. Bu barədə “Past” qəzeti yazıb. Bildirilib ki, İrəvanın həmin gün təşkilatdan çıxmasının elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub:

“Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın geosiyasi dönüşünün mümkünlüyüdür ki, bunun da ilk hissəsi sentyabrın 1-dən Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı İrəvandan Moskvaya rəsmi məktub olub. İkinci isə, Nikol Paşinyanın son mətbuat konfransında KTMT-dən çıxmaq və ya qalmaq şərtləri ilə bağlı söylədikləri idi. Əslində, əldə etdiyimiz məlumata görə, ötən ilin ortalarından hakimiyyət daxilində təşkilatdan çıxmaq və bunu ictimaiyyətin necə qəbul edəcəyi ilə bağlı gərgin müzakirələr gedir”, – nəşr yazıb.

Qəzetin mənbələrinə görə, bu mövzuda hakimiyyətin dar çevrələrində kifayət qədər təşviş var: “Bir çox insanlar belə bir qərarın nəticələrini gözlənilməz hesab edir və həmin müzakirələrin iştirakçısı olduqları üçün əvvəlcə öz mövqelərini daha aktiv şəkildə ortaya qoyurlar. Lakin son dövrdə qəti şəkildə bu qərarın əleyhinə olsalar da, bunu düzgün hesab edərək, fikirlərini ifadə etmirlər. Bu müzakirələrdən yaxşı xəbərdar olan həmsöhbətimiz bildirdi ki, Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxmağın elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub”.

Nəşr iddia edir ki, Paşinyanın canlı yayımda KTMT-dən çıxdığını elan etməsindən sonra sərhəddə “gözlənilməz” eskalasiya ola bilər: “Əldə etdiyimiz məlumata görə, bu variant kifayət qədər ciddi müzakirə olunub, xüsusən də iqtidarın qərb qanadı bunun Putinin seçilməsi ilə bağlı yaxşı “hədiyyə” olacağını nəzərə alaraq, Qərb KİV-lərinin müvafiq informasiya dəstəyi ilə “həyəcanlanıb””.//Publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199260

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930