Onlar da Putinə qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

14.03.2024 - 11:38

Sabahdan başlayacaq və həftəsonu boyu davam edəcək prezident seçkisi öncəsi Rusiyada bir-birinin ardınca qaynar hadisələr yaşanır. Ötən gün PUA və raket hücumları ilə Rusiyanın Moskva, Leninqrad, Belqorod, Kursk, Bryansk, Tula və Oryol şəhərlərini vuran Ukrayna müharibə başlayandan bəri ən böyük hücumlardan birini həyata keçirib. Hücumlarda xüsusilə kritik infrastruktur və hərbi obyektlər hədəfə alınıb.

Musavat.com xəbər verir ki, olkənin yeddinci ən böyük neft emalı zavodu olan və Moskvadan 180 km aralıda yerləşən “Rosneft”in Ryazan neft obyektinə hücum nəticəsində böyük ziyan dəyib. Rusiya mediası Ukraynadan havaya qalxan təxminən 60 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Bundan başqa, Ukraynada fəaliyyətlərini davam etdirən silahlı Rusiya müxalifət təşkilatları – “Rusiya Azadlığı” alayı, Sibir briqadası və Rusiya könüllü legionu Kursk və Belqorod bölgələrindən Rusiyaya hücuma keçdiklərini bəyan ediblər.

Təşkilatların verdiyi açıqlamada deyilir: “Xalq məcbur olduğuna deyil, istədiyinə səs verəcək. Ruslar azad yaşayacaq”.

Ukrayna rəsmiləri əvvəllər bu qrupların Rusiya ərazisində onlardan asılı olmayaraq fəaliyyət göstərdiyini bildirmişdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199291

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930