Putin Stalin və II Yekaterinanı geridə qoya bilər

15.03.2024 - 13:20

Məlum olduğu kimi, şimal qonşumuz Rusiyada prezident seçkiləri bu gündən etibarən başlayıb.

Üç gün davam edəcək seçkidə təxminən 112 milyondan çox seçicinin səs verəcəyi gözlənilir. Ukrayna ilə müharibənin kölgəsində baş tutan prezidentlik yarışında Putinin “rəqibləri” (Vladislav Davankov, Leonid Slutskiy, Nikolay Xaritanov) olsa da, hamıya məlumdur ki, bu “namizədsiz” seçkinin qalibi sonda Putin olacaq.

Qısası 24 ildir ölkəni idarə edən 71 yaşlı Putinin 2030-cu ilə qədər kreslosunu qoruyacağı dəqiqdir. Maraqlısı odur ki, Rusiya lideri 2036-cı ilə qədər hakimiyyətdə qala bilsə, bu zaman Rusiyanı 30 ildən çox idarə edən SSRİ lideri İosif Stalinin və İmperator II Yekaterinanın rekordunu qıra bilər.

Ancaq Rusiya-Ukrayna müharibəsinin müəmmalı gələcək taleyi, yaşının yüksək olması və səhhətindəki problemləri nəzərə alsaq, Putinin sözügedən tarixədək hakimiyyətdə qala biləcəyi inandırıcı görünmür.

“AzPolitika.info”

Short URL: http://www.cumhuriyyet.net/?p=199327

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930