Rusiyanın prezidenti O OLACAQ: “Dəqiqdir…”

15.03.2024 - 15:38

Rusiyada 15-17 mart tarixləri arasında ümumilikdə 3 gün davam edəcək prezident seçkilərində səsvermə başlayıb. Xarici media yazır ki, Vladimir Putinin seçkilərdə qalib gələcəyi şübhəsiz və dəqiqdir.

Musavat.com xəbər verir ki, Rusiyada martın 17-dək davam edəcək prezident seçkiləri başlayıb. Rusiya xalqı ölkəni 6 il idarə edəcək prezidenti müəyyən etmək üçün yerli vaxtla saat 08:00-dan etibarən 94 mindən çox səsvermə mərkəzində seçim etməyə gedib.

Qeydiyyata alınmış 112,3 milyon seçicinin olduğu ölkədə səsvermə saat 20.00-da başa çatacaq. Rusiyanın Avropa ərazisi olan Kalininqradda seçki məntəqələri saat 21.00-da bağlanacaq. Xaricdə yaşayan təxminən 1,9 milyon rusiyalı seçici martın 1-dən etibarən gömrük idarələrində və yaradılan səsvermə mərkəzlərində seçkilərə getməyə başlayıb.

65f40b58a62a08cf17a3fc31.jpg (86 KB)

Rusiyada prezident seçkiləri ilk dəfə 3 gün davam edəcək. Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərara əsasən, ölkə rəhbərinin seçilməsi üçün ilk dəfə olaraq məsafədən elektron səsvermə sistemindən istifadə edilir. Moskva da daxil olmaqla Rusiyanın 29 regionunda seçicilər məsafədən səs verə biləcəklər. Artıq ümumilikdə 4,7 milyondan çox seçici elektron səsvermə üçün müraciət edib və bunun nəticələri Moskva vaxtı ilə saat 22.00-23.00 arasında elan ediləcək.

Bundan əlavə, 2022-ci ildə Ukraynadan ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində ilk prezident seçkiləri üçün səslər veriləcək. 2014-cü ildə Ukraynadan ilhaq edilən Krımda insanlar 2018-ci ildən sonra ikinci dəfə prezident seçkilərinə gedir.

Bəs Putinin rəqibləri kimlərdir?

65f40b5aa62a08cf17a3fc36.jpg (105 KB)

Müstəqil namizəd kimi namizədliyini irəli sürən hazırkı prezident Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Rusiya Kommunist Partiyasından namizədliyi irəli sürülmüş parlament üzvü Nikolay Xaritonov və Yeni Xalq Partiyasının sədr müavini Vladislav Davankov ilə yarışır.

Xarici media yazır ki, 4 müddət ölkə prezidenti olmuş Putinin seçkini qazanacağı dəqiq olsa da, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, aprelin 7-də səsvermənin ikinci turu keçiriləcək.

Seçkidə qalib gələn namizədin mayın 7-də andiçməsi planlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930