Putin Navalnının ölümündən danışdı: “Onu başqa dustaqla dəyişmək istəyirdim”

18.03.2024 - 11:24

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün ilk dəfə müxalifət lideri Aleksey Navalnının xüsusi rejimli cəzaçəkmə koloniyasında ölməsinə münasibət bildirib . SAVASH.ORG Rusiya mətbuatına istinadla xəbər verir ki, dövlət başçısı Navalnının dünyasını dəyişməsini “təbii ölüm” adlandırıb.

“Cənab Navalnıya gəlincə, bəli, o dünyasını dəyişdi. Ölüm həmişə kədərlidir. Bizdə həbsdə olan insanların dünyasını dəyişdiyi başqa hallar da olub. Bu, ABŞ-də olmayıb?” – Putin jurnalistlərə bildirib. Putin deyib ki, Navalnının ölümündən bir neçə gün əvvəl ona siyasətçinin Qərb ölkələrindən birində həbs həyatı yaşayan “bəzi adamlarla” dəyişdirilməsi ideyasını çatdırıblar.

“Mənimlə danışan adam hələ cümləsini bitirməmiş “razıyam” dedim. Yalnız bir şərtim oldu ki, Navalnı bir daha Rusiyaya qayıtmasın. Amma təəssüf ki, Navalnının ölümü bu planın gerçəkləşməsinə imkan vermədi.”, – Putin əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31