Hizbullah lideri: “İsrail ərəblərin etdiyini etmədi”

28.03.2015 - 11:02

rrHizbullahın lideri Həsən Nəsrullah Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmən siyasətinə münasibət bildirib. Axar.az xəbər verir ki, təşkilat lideri hücumları Səud ailəsinin Yəməndəki nüfuzunu itirməsi ilə əlaqələndirib:

“Nə baş verdi ki, ərəblər bu qədər gözü bir oldular? Prezidentliyin Hadiyə təhvil verilməsi bəhanəsi ilə Yəmənə müharibə etmək səbəbdir? İsrail heç vaxt ərəb liderlərin və onların müttəfiqlərinin etdiyini etmədi”.

Televiziya vasitəsilə çıxış edən Hizbullah lideri Yəmənə hücum edən müsəlmanların günahkar olduğunu və Qiyamət günü hesab verəcəklərini deyib:

“Hücumun ən bariz bəhanəsi “İranın Yəməndə nüfuzunu artırdığı” iddiasıdır. Bu, yalanların ən böyüyüdür. Bölgənin qapılarını İrana açan Səudiyyə liderləridir. Lakin hücumların dayandırılması üçün Səud ailəsinin hələ bir şansı var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=19953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728