Ukrayna Milli Təhlükəsizlik katibi FSB Akademiyasını bitirib

27.03.2024 - 11:40

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Aleksandr Litvinenkonun tərcümeyi-halında Rusiya xüsusi xidmət orqanları ilə bağlı bir “maraqlı detal” var”. Bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov bildirib.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib. Əvəzində bu vəzifəyə əvvəllər Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Litvinenko təyin edilib.

“Litvinenko vaxtilə Moskvada Rusiya Federasiyası FSB (o zaman FSK) Akademiyasının Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutunu bitirib”, – Roqov qeyd edib.

O, Litvinenkonun Rusiya Federasiyasında təhsil aldığını və Rusiya xüsusi xidmət orqanlarının şanlı ənənələrini mənimsədiyini, lakin sonradan Kiyev rejiminə sədaqət andı içdiyini açıqlayıb. (Publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=199553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031