Moskva terrorunu kim maliyyələşdirib? – İstintaq Komitəsi açıqlama yaydı

30.03.2024 - 11:16

Rusiya İstintaq Komitəsi Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına hücumla bağlı daha bir şübhəlinin saxlanıldığını açıqlayıb.

“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, saxlanılan şəxs hücumu təşkil etdiyi iddia edilən şəxslərin maliyyələşdirilməsi sxemində iştirak edib.

İstintaq Komitəsi yeni şübhəlinin həbsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.

İstintaq Komitəsi iddia edib ki, “Crocus City Hall”a hücum edənlərlə Ukrayna millətçiləri arasında əlaqə olduğuna dair sübutlar əldə edib.

“İstintaqın ixtiyarında terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə olunan xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatlar təsdiqlənib”, – İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

İddialara görə, sübutlar saxlanılan şəxslərdən götürülən texniki avadanlıqların yoxlanılması və onların maliyyə əməliyyatlarının təhlili nəticəsində əldə edilib. Şöbədən əlavə məlumat verilməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199730

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930