Zelenski Putinə mesaj göndərdi – ŞOK DETAL

31.03.2024 - 11:09

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə razılaşmanın şərtlərini dəyişib. Musavat.com-un xəbərinə görə, ABŞ-ın CBS telekanalına müsahibəsində Ukrayna lideri ilk dəfə bəyan edib ki, Moskva və Kiyev arasında danışıqlar Ukrayna 1991-ci il sərhədlərinə çatana qədər başlaya bilər.

O bəyan edib ki, 2022-ci ilin fevralından sonra Ukraynanın itirdiyi ərazilərə nəzarəti bərpa edəcəyi təqdirdə Kiyevi dəstəkləməyə şübhə ilə yanaşan ölkələrin Rusiyaya dəstəyi dayandıra biləcəyinə inanır və bu, Moskvanı danışıqlar masasına oturtacaq.

Zelenski bundan əvvəl Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri almaq və 1991-ci il sərhədlərinə qayıtmaq məqsədində israr edirdi. Hesab edilir ki, Zelenskinin əsas məqsədi Rusiyanın 2022-ci ilin payızında qondarma referendum keçirməklə ilhaq etdiyini elan etdiyi Ukraynanın Donetsk, Luqanks, Zaporojye və Xersonu geri qaytarmaqdır.

Digər tərəfdən, Washington Post-a danışan Zelenski cəbhə xəttindən geri çəkilməmək üçün yollar axtardıqlarını söyləyib.

Kremlin sözçüsü Dmitri Peskov isə Sputnik-ə açıqlamasında deyib: “Xüsusi əməliyyat başlayandan bəri geosiyasi reallıq dəyişib, Rusiya və Ukraynanın sərhədləri dəyişib və hər kəs Rusiyanın 4 yeni regionunun olduğunu nəzərə almalı olacaq.”

Short URL: http://www.cumhuriyyet.net/?p=199769

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031