Ermənilər hansı ölkəni özləri üçün təhlükə hesab edirlər? – Sorğunun ŞOK NƏTİCƏSİ

31.03.2024 - 13:40

Vaşinqtonda yerləşən Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) bu yaxınlarda dərc etdiyi sorğu bir sıra diqqətəlayiq nəticələrlə seçilib: Ermənistanda Rusiyaya qarşı mənfi münasibət dərinləşib və Qərb dövlətlərinə inam artıb. Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Amerikanın Səsi” yazıb. Belə ki, sorğunun nəticələrinə görə, ermənilərin 40%-i Rusiyanı “siyasi təhlükə” hesab edir. Analitiklərin fikrincə, bu, İrəvanla Moskva arasında mövcud böhranı göstərir.

Sorğunun müəllifləri qeyd edirlər ki, Rusiya haqqında ictimai rəy sürətlə dəyişir. “Biz Ermənistanda illərdir sorğular keçiririk və son 6 ildə ermənilərin Rusiyaya münasibəti kəskin şəkildə dəyişib. Altı il əvvəl ermənilərin cəmi 11%-i Rusiyaya mənfi baxırdı. Bu son sorğuya görə, bu rəqəm kəskin artaraq 66%-ə çatıb”, – analitiklər vurğulayırlar. Analitiklər Ermənistanda Rusiyaya qarşı etimadsızlığın bu qədər yüksək olmasını Moskvanın İrəvanın təhlükəsizlik məsələlərində qəbul etdiyi məlum siyasətlə izah edirlər. “Ermənistanın Rusiya ilə münasibətləri həmişə asimmetrik və asılı olub. Ermənistan uzun illər yalnız Rusiyaya arxalanıb”, – RAND Corporation analitiki Pol Kormeri “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində bildirib.

“Azərbaycan 2016-cı il sınağı, daha sonra isə 2020-ci il genişmiqyaslı müharibə zamanı hərbi üstünlüyündən istifadə edəndə Ermənistan çətin vəziyyətdə qaldı. Onlar başa düşdülər ki, bütün bu illər ərzində Moskvaya güvənmək səhvdir”, – araşdırmada deyilir. Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusuna görə, xüsusilə siyasi və təhlükəsizlik sahəsində ermənilər ölkənin Qərblə əməkdaşlığına ən çox önəm veriblər. Məsələn, 96%-in fikrincə, Ermənistanın Fransa ilə münasibətləri çox yaxşıdır və ya bir qədər yaxşıdır və bu göstəriciyə görə Paris birinci yeri tutub.

Ermənilərin 61%-i Fransanı, 56%-i ABŞ-ı, 47%-i İranı, 37%-i Avropa İttifaqını, 34%-i Rusiyanı, 31%-i Çini mühüm siyasi tərəfdaşı hesab edir. Respondentlərin 50%-nin qənaətinə görə, təhlükəsizlik sahəsində ən mühüm tərəfdaş Fransadır. Söhbət Ermənistanla iqtisadi əməkdaşlıqdan getdikdə mənzərə dəyişir. Buna baxmayaraq, burada da Rusiya lider mövqeyini itirib. Respondentlərin 49%-i ölkənin ən mühüm iqtisadi tərəfdaşının İran, 48%-i Rusiya, 40%-i Çin, 34%-i Fransa, 33%-i isə ABŞ olduğunu qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199788

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930