Baltimor körpüsünü kim uçurdu? – TƏSADÜF, YOXSA DÜŞÜNÜLMÜŞ PLAN?

01.04.2024 - 12:15

Bir neçə gün əvvəl Sinqapur bayrağı altında üzən və Şri-Lankaya gedən konteyner gəmisi Baltimorda Patapsko çayı üzərindən Frensis Skott Key adlı (ABŞ dövlət himninin müəllifi) avtomobil körpüsünə çırpıldı. ABŞ-a yük daşıyan əksər transatlantik yük gəmiləri kimi, Sinqapur bayraqlı konteyner gəmisi “Dali” də Kolomboya getməzdən əvvəl keçən həftə Baltimorda Nyu-York və Nyu-Cersi limanlarında dayandı. Sinqapur Dəniz Təşkilatının məlumatına görə, gəmidə insidentdən dərhal əvvəl “qısa müddət ərzində nasazlıq baş verib”. Nəticədə gəmi müvazinətini saxlaya bilməyib və Frensis Skott Key körpüsü ilə toqquşub.

Prezident Co Bayden körpünü bərpa etmək üçün “yeri-göyü lərzəyə gətirəcəyini” və federal hökumətin iş üçün pul sərf edəcəyini vəd edib. Lakin təcili xilasetmə səyləri və gəmiçiliyi tənzimləyən qanunlar fonunda digər böyük limanlar arasında sıxışdırılmış kritik dayanacaq olan Baltimor limanının bağlanması, çox güman ki, bir neçə ay davam edəcək. Qəza avtomobil və yük maşınları üçün əsas idxal limanı olan Baltimor limanının böyük hissəsinə girişi kəsib.

Hadisənin ardınca Baltimor meri Brendon Skot hadisə yerinə yollandı. Merilend ştatının qubernatoru Ues Mur (demokrat) fövqəladə vəziyyət elan etdi. Körpünün dağılmasından sonra “ABŞ-ın 1 nömrəli avtomobil limanı” olan Baltimor limanı (ildə təxminən 858 000 avtomobil “Daimler”, “Volkswagen” və “Hyundai” Baltimor vasitəsilə ölkəyə gətirilir) bağlandı. Liman həm də yüngül yük maşınlarının, kənd təsərrüfatı və tikinti texnikasının, xaricdən gətirilən gipsin daşınması üzrə ölkədə birinci yeri tutur. Baltimor limanı ABŞ-ın kömür ixracatının 25%-ni həyata keçirir.

Merilend ştatında “Lockheed” və “NSA” (Pentaqonun tərkibinə daxil olan Milli Təhlükəsizlik Agentliyi, hansı ki, Ukrayna Silahlı Qüvvələrinə dəstək verir) baş qərargahları yerləşir. Onu da diqqətə alaq ki, Pentaqonun tərkibində kəşfiyyat qurumu olan NSA-Milli Təhlükəsizlik Agentliyinin rəhbəri General Timoti D.Hof “CyberCom” qurumuna da rəhbərlik edir.

Keçən il Baltimor limanı üçün rekord il olub. 80 milyard dollar dəyərində 52 milyon ton xarici yük daşınıb – bu, əvvəlkindən təxminən 8 milyon ton və 6 milyard dollar çoxdur. 3 fevral 2023-cü ildə Ohayo ştatının Şərqi Fələstin kəndində təhlükəli “kimyəvi maddələr” daşıyan yük qatarı müəmmalı şəkildə relsdən çıxmışdı.

Baltimor qəzası həm də Corciya ştatının Atlanta şəhərində və 2021-ci ilə qədər Virciniyada yerləşən “Norfolk Southern Railway” ilə əlaqəli bir qrup tərəfindən cavab addımı ola bilər. Atlanta xüsusi yerdir. 2023-cü ildə “Money Inc” Atlantanı ABŞ-ın banditlərin cənginə aldığı üçüncü ​​şəhər adlandırdı. 1997-ci ildən isə Atlanta Meksikadan gətirilən kokain və digər narkotiklərin mühüm paylama mərkəzinə çevrilib. 2023-cü ildə Atlanta insan alverinə görə Vaşinqtondan sonra ikinci yeri tutdu. Atlantadakı bandaların əksəriyyəti insan alveri ilə məşğuldur. Alınıb-satılan uşaqların orta yaşı 12-14 yaş arasındadır.

Bundan əlavə, ABŞ fentanilə qərq olarkən, federal agentlər ümumi tendensiya müşahidə etdilər: “Əminliklə demək olar ki, bütün Şərq sahil boyunca ələ keçirilən narkotiklərin əksəriyyəti Atlantadan keçdi”. Bu haqda açıqlama verən FTB-nin xüsusi agenti Robert Merfi həmçinin qeyd etdi ki, Atlantanı fentanil üçün yaxşı paylama mərkəzinə çevirən bir çox amillər, o cümlədən onun coğrafi mövqeyi və beynəlxalq hava limanı var. “Sinaloa” və “CJNG” narkokartelləri fentanili məhz Atlantaya idxal edir. Belə təsəvvür yaranır ki, Baltimor körpüsünün uçması narkotiklərlə mübarizənin nəticəsidir?..

Yaxud ola bilsin ki, Meksika “Sinaloa” və “CJNG” kartelləri arasında Baltimor qəzası bu şəhər uğrunda rəqabətin güclənməsi – günahkarların axtarışı, alternativ təchizat kanallarının yaradılması, mövqelərin yenidən bölüşdürülməsi və s. Asiyadan prekursorların gəldiyi Meksikanın Sakit okean limanlarına yaxın ərazilərdə bandalar arası hesablaşma kimi ortaya çıxır.

Öz növbəsində ABŞ-ın Şərq Sahili (Baltimor daxil olmaqla) Hindistan, Şri-Lanka və Avropadan tədarük üçün daha əlverişlidir. Beləliklə, Baltimor qəzasının içində “hind nüansı”nın olması maraq doğurur:

1. DEA (ABŞ Narkotiklərlə Mübarizə İdarəsi) hesabatı Baltimoru (Merilend ştatının ən böyük şəhəri) ABŞ-ın “heroin paytaxtı” adlandırdı.

2. 2024-cü il fevralın 7-dək vitse-prezident olduğu müddətdə prezident Co Baydenin məxfi sənədlərlə səhv davranması iddiasını araşdıran Robert Gur əvvəllər fentanil tacirlərini mühakimə edən Merilend prokuroru olub.

3. Bayden administrasiyası ksilazini milli təhlükə elan etdi. Ksilazinin istifadəsi bütün ölkəyə yayıldıqca, onu qəbul edənlər təhlükəli xəsarət alır. Narkotik satıcıları ksilazini opioidlərlə qarışdırıb satdığı üçün Baltimora narkotik axını oldu.

4. Əyalət rəsmiləri bildirirlər ki, marixuana istifadəçiləri iyul ayında kannabisə hər gün orta hesabla 2,8 milyon dollar xərclədikləri halda, Merilend ştatında əyləncəli satışların ilk ayında kannabis üçün 87,43 milyon dollar xərcləyiblər.

Beləliklə, qapadılmış Baltimor limanı təkcə ABŞ avtomobil bazarına deyil, həm də narkotik ticarətinin meyarlarına da təsir göstərə bilər.

İndi isə “Maersk” gəmiçilik şirkətinin icarəyə götürdüyü və qəfil “idarəetməni itirmiş” “Dali” konteyner gəmisi haqqında. Və bu qəza ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin Çin Dövlət Təhlükəsizlik Nazirliyinin çox sayda zərərli kiber hücumlar üçün kamuflyaj rolunu oynayan “Wuhan Xiaoruizhi Science and Technology Company Ltd” kompaniyasına qarşı sanksiya elan etməsindən sonra baş verir.

Xəzinədarlıq Departamenti müdafiə, aerokosmik və enerji də daxil olmaqla, ABŞ-ın kritik infrastruktur sektorlarını hədəf alan kiber əməliyyatlar üçün Wuhan şirkətinə bağlı iki Çin vətəndaşı Zhao Guangzong və Ni Gaobin adını çəkdi. Böyük Britaniya da həmçinin Çinin APT 31 kiberqrupunun (Zirkonium və ya Panda qasırğası kimi tanınır) əməliyyatlarında iştirak edən iki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“Dali” konteyner gəmisi 2020-ci ildə “Lloyd’s List” tərəfindən qlobal gəmiçilikdə 100 ən nüfuzlu şəxsdən biri seçilən kapitan Rajeş Unni tərəfindən Çennayda qurulan “Synergy Group” şirkətinə məxsusdur. Rajeş Hindistanın cənubundakı Kerala əyalətində anadan olub. Elit Ordu Məktəbi “Trivandrum” və Mumbaydakı “LBS Qabaqcıl Dəniz Araşdırmaları Kolleci”nin məzunudur.

2023-cü ilin noyabrına olan məlumata görə, “Synergy Marine Group” 640-dan çox gəmidən ibarət donanma ilə dünyanın üçüncü ən böyük gəmiçilik şirkətidir. Şirkətin icraçı sədri Rajeş Unnidir. “Synergy Marine Group”un gəmi idarəetmə bölməsinin baş direktoru Ajay Çaudridir. Beləliklə, əgər Baltimor qəzası xüsusi aksiya olubsa, bu, əslində Hindistan elitasının nümayəndələrinə qarşı olub. “Dali” konteyner gəmisinin bütün ekipaj üzvləri hindistanlı idi. Bu deyilənlərə Hindistanın narkotikin prekursorlarının istehsalında Çini qabaqladığını qeyd etsək, daşlar yerinə oturur. Başqa sözlə, narkotik prekursorları istehsalı və satışı mübarizəsində Hindistan və Çin rəqabəti Baltimor körpüsünün uçurdulmasında hesablaşma kimi yaşandı.(Hurriyyet.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199816

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930