Ermənistan Rusiyanı BELƏ şantaj edir – SENSASİON DETALLAR

01.04.2024 - 14:38

“İrəvanın xarici siyasətinin Qərb vektorunun praktiki təcəssümü Ermənistanın KTMT-dən çıxması və hətta bu ölkədə NATO-nun kiçik kontingentinin yerləşdirilməsi ola bilər. Üstəlik, Ermənistan rəhbərliyi bununla Moskvanı Azərbaycana qarşı daha sərt mövqe tutmağa sövq etmək və ya sərfəli maliyyə yardımı almaq üçün onu “şantaj” etməyə çalışır”.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti yanında beynəlxalq münasibətlər üzrə Şuranın üzvü, politoloq Boqdan Bezpalko deyib.

“Buradan çıxan ilk nəticə bu ola bilər ki, gec-tez bütün belə bəyanatlar və istəklər müəyyən kritik kütləyə çatacaq və onlar artıq fəaliyyət müstəvisinə keçəcəklər. Yəni bu halda Ermənistan yenə də rəsmi olaraq KTMT-dən çıxacaq və NATO, yaxud başqası ilə bəzi yeni tərəfdaşlıq proqramlarına daxil olacaq. Bu, hələ müşahidə edilməyib, lakin ehtimal hər gün artır”, – deyə Bezpalko bildirib.

Ekspertin sözlərinə görə, İrəvan bu düşüncə ilə hətta “20 nəfər də olsa” ölkə ərazisinə NATO kontingentini yerləşdirməyə və Rusiya ilə hərbi əməkdaşlığı azaltmağa razıdır.

“İkincisi, İrəvan Moskvanı şantaj etməyə, hansısa üstünlüklərə və ya hərəkətlərə nail olmağa çalışır. İndi biz çox güman ki, qarışıq və bir-birini tamamlayan hər iki tendensiyanı müşahidə edirik”, – Bezpalko bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın ABŞ və Avropanı özünün əsas tərəfdaşları hesab etdiyini, lakin bunun xarici siyasətdə dönüş demək olmadığını bildirib. O əlavə edib ki, Ermənistan NATO-ya daxil olmaq niyyətində deyil, ölkənin artıq bu təşkilatla əməkdaşlığı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=199830

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930