Paşinyan Azərbaycanca danışdı və erməniləri susdurdu

01.04.2024 - 15:08

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə 4 kənd mövzusuna toxunub. Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının təşəbbüs qrupu ilə görüşündə Paşinyan Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycan dilində olan adlarını sadalayıb – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı.

Onun sözlərinə görə, Ermənistan Respublikasında heç vaxt belə adlar altında kəndlər olmayıb. Paşinyan qeyd edib ki, Ermənistan hökumətinin adı çəkilən kəndlərə heç vaxt iddiası olmayıb. “Mən bunu açıq şəkildə qeyd etməyimizi istəyirəm və bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir əraziyə, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərin ərazilərinə iddiası yoxdur” – Paşinyan bildirib.

Erməni baş nazir deyib ki, rəsmi İrəvan həqiqətən də Azərbaycanla sərhədi dəqiqləşdirmək istəyir, delimitasiya və demarkasiyaya hazırdı.

Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var:  Qazaxın eksklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kəndləri, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi.

Short URL: http://www.cumhuriyyet.net/?p=199840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728