Ermənistan parlamenti Azərbaycanla sərhədin müəyyənləşməsini müzakirə edəcək

02.04.2024 - 10:58

Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək. “Report” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilib ki, parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar.

Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər. Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=199854

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930