İranlı deputat sərsəmlədi: “Biz də İsrailin Azərbaycandakı səfirliyinə HÜCUM etməliyik”

02.04.2024 - 12:37

İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumundan sonra İran parlamentinin sabiq üzvü Cəlal Rəşidi Koçi qəribə təklif irəli sürüb. Musavat.com xəbər verir ki, Koçi “X” sosial şəbəkəsində yazıb:

“Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək”.

Qeyd edək ki, İsrail tərəfi bildirir ki, İranın Suriyadakı konsulluğuna hücum etməyib. Zərbənin SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirildiyi qeyd edilir.

Xatırladaq ki, İran konsulluğunun binası olan yerə endirilən zərbə nəticəsində SEPAH-ın 2 generalı və 5 zabiti ölüb. Eyni zamanda iranlı diplomatların da öldüyü bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199868

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930