Azərbaycanlı biznesmen Rusiyanın ən zəngin adamı oldu

03.04.2024 - 11:23

“Forbes”in reytinqinə görə, Rusiyanın ən varlı adamları siyahısında birinci yeri “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov tutub. Son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. “Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.

Reytinqdə ikinci yeri “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson tutub. Onun sərvəti 27,4 milyard dollar qiymətləndirilir. İlk üçlüyü 26,6 milyard dollarla Novolipetsk dəmir-polad zavodunun rəhbəri və ən böyük səhmdarı Vladimir Lisin qapayır. (oxu.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=199887

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930