İramda şiddətli atışma başladı: çox sayda ölü var

04.04.2024 - 10:43

“Ceyş əl-Ədl” silahlı qruplaşması İslam İnqilabı Keşikçiləri Korpusunun Raskdakı silah anbarlarını ələ keçirib.Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, “Ceyş əl-Ədl” silahlı təşkilatı Raskdakı SEPAH-ın silah anbarını ələ keçirdiyini açıqlayıb. Həmçinin Çabahar xəstəxanasında onlarla hərbi xidmətçiyə “Ceyş əl-Ədl” qruplaşması tərəfindən hücum edilib. Bu barədə silahlı qruplaşma özü məlumat yayıb.

Hərbi qərargaha kömək üçün göndərilən hərbi qüvvələr yolun ortasında silahlı şəxslər tərəfindən hədəfə alınıb.  “Ceyş əl-Ədl” təşkilatı açıqlamasında həmçinin bildirib ki, onlarla hərbçi Çabahar xəstəxanası yaxınlığında əvvəlcədən qurulmuş pusquya düşərək ölüb. Qeyd olunur ki, Çabahardakı qarşıdurma həmçinin bu şəhərdəki SEPAH qərargahına qədər uzanıb və intensiv atışmalar davam edir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=199896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031