İran İsraili birbaşa vuracaq

04.04.2024 - 12:38

İsrail  İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğunun binasını bombalamasına cavab zərbəni gözləyir. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail mediasına bir çox yetklilər danışıb. İsrail mediası yazır k, Dəməşqdəki konsulluğun bombalanmasından sonra iki iranlı generalın ölümünə rəsmi Tehranın hədələrini “qulaqardı”na vurmayıblar.

İsrailin “Walla” saytı yazıb ki, artıq ölkənin təhlükəsizliyü yüksək səviyyəyə qaldırılıb: “Üstəlik, “Böyük Tel-Əviv Bölgəsi” deyilən ərazidəki yeraltı  sığınacaqların çoxu aççılıb…”. İsrailin Kanal 12 televiziyasına danışan İsrail Hərbi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Amos Yadlin də İrandan güclü cavab zərbəsi gözlənildiyini inkar etməyib: “İran İsrailə birbaşa raket zərbələri endirsə, buna təəccüblənmərəm. Güman ki, “Hizbullah”a da Ramazan ayının son cümə günü, yəni düz iki gün sonra müharibəyə başlamaq əmri veriləcək”.

“Maariv” qəzeti də İranın tezliklə qisas alması ehtimalının qüvvətli olduğunu yazıb: “İsrail Hərbi Hava Qüvvələri bu səbəbdən indiyədək heç olmamış qədər yüksək hazırlıq vəziyyətinə gətirilib”.  İsrailin “Kanal 13” telekanalının hərbi şərhçisi Alon Ben David deyib: “İsrail iranlıların əvvəlki dövrlərə nisbətən bu dəfə adekvat cavab verməkdə daha qətiyyətli olduğunu bilir”.

Xatırladaq ki, İsrail ordusu  aprelin 1-də İranınDəməşqdəki konsulluq binasını F-235-lərlə bombalıayıb. Nəticədə 2-si general olmaqla ümumilikdə 13 nəfər həlak olub. Bundan sonra isə İran ard-arda İsraili cavab zərbəsi ilə hədələyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199928

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31