Rusiyada qubernatoru bıçaqladılar: cinayətkar tutuldu və SƏBƏBİNİ AÇIQLADI

05.04.2024 - 11:07

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitıda yerli sakinlərlə görüşdən sonra bıçaqlanıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Çibis qarnından yaralanıb. Onu əməliyyat ediblər və hazırda həyati təhlükəsi yoxdur. Qubernator əməliyyatdan çıxar-çıxmaz videomüraciət yayıb: “Ayağa qalxacam və mübarizəmi davam etdirəcəyəm”.

Qubernator həkimlərə xilasetmə və peşəkarlıqlarına, sakinlərə isə dəstək sözlərinə görə təşəkkür edib. Musavat.com “İsvestiya” qəzetinə istinadən onu bildirir ki, Murmansk vilayətinin qubernatoru Çibisi yaralayan şəxs artıq həbs edilib. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Hücum edən şəxs saxlanılaraq dindirilib. O, sui-qəsdi düşmənçilik zəminində törətdiyini etiraf edib. Həmin şəxs qubernatoru şəxsən tanımadığını da deyib.

Müstəntiqlər cinayətin baş vermə şəraitinin aydınlaşdırılması üzərində işləyirlər. Həmin şəxs əvvəllər də digərlərinin sağlamlığına yüngül xəsarət yetirmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunubmuş.

Short URL: http://www.cumhuriyyet.net/?p=199948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031