BMT-də İrana görə toplandı: Qərb İsraili, Rusiya Tehranı dəstəklədi

15.04.2024 - 11:36

Ötən gecə BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) İranın İsrailə hücumu ilə bağlı rəsmi Tel-Əvivin tələbi üzrə toplantı olub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, toplantıda çıxış edən baş katib Antonio Quterreş Yaxın Şərqdə gərginliyin daha da artmaması üçün İran və İsraili maksimum təmkinli olmağa çağırıb: “Hazırda təmkin və gərginliyin azaldılması zamanıdır. Əlbəttə, İranın hava zərbələri bölgədə gərginliyi daha da artırıb. Bu, qəbuledilməzdir”.

İsrailin də İranın Dəməşqdəki diplomatik nümayəndəliyinə hücumu pislədiyini xatırladan Quterreş bildirib ki, Yaxın Şərqdə bir çox cəbhədə hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı addımdan çəkinmək lazımdır: “Nə region, nə də dünya yeni müharibələrə dözə bilməz”.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud çıxışına İranı qınayıb: “İranın ehtiyatsız davranışı təkcə İsrail xalqı üçün deyil, həm də İordaniya və İraq kimi bölgədəki BMT-yə üzv olan digər ölkələrin xalqı üçün də təhlükə yaradır. Təhlükəsizlik Şurası İrana öhdəliyini xatırlatmalıdır. Tehranın hərəkəti cavabsız qala bilməz. İran Hizbullah və Husilər kimi bölgədəki qollarından istifadə edərək beynəlxalq təhlükəsizliyi təhdid edir. Bütün bunlar daha yaxından izlənilməlidir”.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord da İranı İsrailə hücumlarına görə qınayıb: “Tehran bu hücumlara görə məsuliyyət daşımalıdır”.

Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer də İsraili tam dəstəklədiklərini və İranı şiddətlə qınadıqlarını bəyan edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə fərqli mövqe ortaya qoyub.

O, İsrailin İranın Suriyadakı diplomatik missiyasını bombalamasına diqəti çəkib: “İstənilən ölkənin diplomatik missiyasının vurulması müvafiq beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır, lakin bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıranda ABŞ, Böyük Britaniya və Fransa bunu nəinki qınadı, həttə az qala haqq verdii. İndi gördüyümüz nəticə ortadadır. Diplomatik nümayəndəliyə hücum beynəlxalq hüquqa görə müharibə səbəbi sayılır. Əgər bir Qərb ölkəsinin diplomatik missiyası vurulsaydı, dərhal intiqamdan danışardınız. BMT TŞ İran və İsrailə münasibətdə ikili standartlar tətbiq edir, təəssüf ki. Halbuki, İranın özünümüdafiə hüququ var…”.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun da İsrailin İranın diplomatik missiyasına hücumuna diqqət çəkib. O, həm o hadisəni, həm də İranın İsrailə hücumunu pisləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199986

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031