Böyük Britaniya Ermənistana qanunsuz miqrantlar göndərəcək

15.04.2024 - 11:40

Böyük Britaniya Ermənistana miqrantlar göndərməyi nəzərdə tutur. Bununla bağlı iki ölkə arasında danışıqlar aparılır. KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Times” yayıb. Məlumata görə, rəsmi London Ermənistan, Kot-D’İvuar, Kosta-Rika, Botsvana və Ruanda ilə razılaşmaya bənzər bir sxem əsasında bu ölkələrə qeyri-qanuni miqrantların göndərilməsi ilə bağlı danışıqlara başlayıb. Böyük Britaniya potensial olaraq oxşar danışıqları Ekvador, Paraqvay, Peru, Braziliya və Kolumbiya ilə də aparmağa cəhd edib. Bir neçə Afrika ölkəsi – Seneqal, Tanzaniya, Toqo, Anqola və Sierra Leone ehtiyat siyahısındadır. Yəni digər dövlətlərlə danışıqlar uğursuz olarsa, bu ölkələrlə əlaqə saxlanılacaq. Mərakeş, Tunis, Namibiya və Qambiya kimi materik ölkələri belə bir saziş üzrə müzakirələrdə iştirakdan açıq şəkildə imtina ediblər.

Sızan sənədlərdə deyilir ki, Ruanda deportasiya sxeminin ilk beş ili ərzində 30 min sığınacaq axtaran şəxsi qəbul etməyə hazırdır (müqayisə üçün qeyd edək ki, keçən il 30 minə yaxın qeyri-qanuni immiqrant İngilis kanalını qayıqla keçərək Britaniyaya keçib). Britaniyadan bunun üçün potensial xərc təxminən 4,5 milyard funt sterlinq olacaq, yəni deportasiya edilən hər bir miqrant krallığa 150 min funt-sterlinqə başa gələcək.

2022-ci ilin aprelində Böyük Britaniya Ruanda ilə miqrant göndərmək üçün müqavilə bağlayıb. Krallıq bunun üçün Afrika ölkəsinə 140 milyon funt sterlinq ödəyib. İlk uçuş həmin ilin iyun ayına planlaşdırılıb, lakin Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra London uçuşu ləğv etməli olub. Qeyd edək ki, keçən ilin martında Böyük Britaniya və Ruanda miqrasiya müqaviləsinin yenilənmiş variantını imzalayıb. Müqaviləyə əsasən Böyük Britaniyaya qeyri-qanuni yollarla gələn miqrantlar əvvəllər ölkədə qala bilsələr də, Britaniya hakimiyyət orqanlarından sığınacaq istəmək hüququ olmadan Afrika ölkəsinə deportasiya oluna bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031