İsrail İranın hücumunu dəf etdiyi gecə nə qədər pul xərcləyib? – ŞOK RƏQƏM

15.04.2024 - 11:49

İranın yüzlərlə raket və pilotsuz təyyarə ilə hücumunu dəf etmək İsrailə bir gecədə təxminən 1-1,3 milyard dollara başa gəlib. Bu barədə İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş maliyyə müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah “Ynet” portalına müsahibəsində məlumat verib.

“Söhbət bir gecədə müdafiə üçün 4-5 milyard şekelin (1-1,3 milyard dollar) xərclənməsindən gedir”, – ehtiyatda olan general vurğulayıb.

Onun sözlərinə görə, İsrailin hücumu dəf etmək üçün çəkdiyi xərc İranın bu hücumu həyata keçirmək üçün xərclədiyi vəsaitdən on dəfə çoxdur. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=199990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930