ABŞ-ın köməyi olmadan qalib gəlmək şansımız olmayacaq – ZELENSKİ

16.04.2024 - 15:45

“ABŞ-ın köməyi olmadan bizim qalib gəlmək şansımız olmayacaq”. Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski PBS telekanalına müsahibəsində deyib.

Prezident əlavə edib ki, Konqres İsrail və Ukraynaya yardımı bölərsə, bu, “dünya üçün biabırçılıq” və “xalis siyasət” olar: “Çünki Ukrayna süquta uğrasa, o zaman başqa ölkələrdə də müharibə olacaq və Amerika əsgərləri döyüşəcək”. “Ukrayna və Rusiya Federasiyası arasında cəbhədə artilleriya mərmilərinin nisbəti 1-dən 10-a, təyyarə – 1-dən 30-adır. Putin danışıqları istəmir, Ukraynanı məhv etmək istəyir. Rusiya Federasiyasında İran istehsalı olan çoxlu sayda mərmi var. İran hər ay 300-350 kamikadze göndərir. Rusiya bizi 300 km məsafədən təyyarələrlə vurur. Hazırda onları vurmaq üçün silahımız yoxdur”, – o qeyd edib.

“İsveçrədəki sülh sammiti Rusiyasız olacaq ki, bu təşəbbüsə mane olmasın”, – Zelenski bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=200118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930