Ukrayna üçün son tarix – müharibə bitir, ölkə NATO-ya girir?

24.05.2024 - 11:15

NATO-nun ABŞ-da keçiriləcək iyul sammiti yaxınlaşdıqca Vaşinqton daha aydın şəkildə Ukraynanı alyansa qoşulmağa dəvət edə bilər. Bu barədə Qərb mənbələri bildirir. Bayden və administrasiyasının digər mühüm vəzifəli şəxsləri açıq şəkildə deyirlər ki, müharibədən əziyyət çəkən Ukrayna yekunda bloka qoşulacaq.

Dövlət katibi Entoni Blinken ötən həftə Kiyevdəki çıxışında bildirib ki, ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır. Kiyev və onun NATO daxilindəki bəzi müttəfiqləri, xüsusən Şərqi Avropadakı müttəfiqləri Ukraynanın hələ müharibə vəziyyətində olduğuna, NATO-ya daxil ola bilməyəcəyinə baxmayaraq, çoxdan onun dəvət olunmasında israr edirlər. Keçən il Vilnüs sammitində NATO liderləri bildiriblər ki, Ukraynanın gələcəyi alyansdadır, lakin dəvətnamə verməyiblər və ya üzvlük müddətini müəyyən etməyiblər.

Hadson İnstitutunda Avropa və Asiya Mərkəzinin direktoru Piter Ruq deyir ki, Vaşinqtondakı növbəti sammitdə Ukraynaya üzvlük təklif etmək məntiqli olardı. Qoşulma tarixi isə bütün NATO üzvləri şərtlərin buna imkan verdiyini hesab etdikdən sonra müəyyən ediləcək: “2008-ci ildə Buxarest sammitində NATO üzvləri razılaşıblar ki, Ukrayna son nəticədə alyansa qoşulacaq, ABŞ da bunu dəstəkləyib. Lakin təxminən 16 il keçməsinə baxmayaraq, Ukrayna hələ də kənarda qalıb. Rusiya Ukraynada uduzsa, bu, Mərkəzi Asiyada, Qafqazda və Moldovada Rusiyanın nüfuzunu zəiflədə bilər. Buna görə də Qərb ilk növbədə ukraynalıları gücləndirməli və onlara döyüş meydanında uğur əldə etmək imkanı verməlidir”.

Öz növbəsində Pentaqonun rəhbəri Lloyd Ostin qarşıdakı həftələr və ayların müharibənin nəticəsi üçün kritik olacağını söyləyib. “Siz həftədən həftəyə Ukraynaya Amerika yardımının davamlı axınını görəcəksiniz. ABŞ artıq Ukraynanın bir çox təcili ehtiyaclarını qarşılayıb”, – deyə o vurğulayıb.

Bir qrup amerikalı konqresmen isə Ostinə məktub göndərərək, Ukraynanın Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün ABŞ tərəfindən verilən silahlardan istifadə etməsinə icazə verilməsini tələb edib.

Bu arada (mayın 18-də) Ukraynada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib. KİV-in məlumatına görə, hakimiyyətin məqsədi cəbhədə Rusiyanın hücumlarını dəf etmək üçün səfərbərliyi sürətləndirməkdir. Başqa sözlə, hökumət hərbi xidmətə cəlb olunanlarla bağlı müxtəlif məhdudiyyətləri və tədbirləri gücləndirməklə bu göstəricilərə nail olmağa çalışacaq. Yeni qanuna əsasən, yaşı 18-dən 60-a qədər olan bütün ukraynalı kişilər hərbi qeydiyyat və komissarlıqda məlumatlarını yoxlamalıdırlar. Bunun üçün iyulun 18-nə kimi 2 ay vaxt ayrılıb. (Musavat/com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200469

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930