Rumıniya ilə Rusiya arasında DİPLOMATİK QALMAQAL

24.05.2024 - 15:19

Rumıniya hakimiyyəti Rusiya səfirliyinin diplomatını ölkə ərazisində “persona non-grata” elan edib. Musavat.com “REN TV”yə istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rusiyalı diplomat “1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd fəaliyyətə görə” Rumıniyada arzuolunmaz şəxs elan edilib. Bu məlumat artıq Rusiya tərəfinə çatdırılıb. Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində Rumıniyanın bu qərarına cavab verəcəyini bəyan edib.

Bundan əvvəl, 2024-cü ilin martında Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin də Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=200526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930