Paşinyan daha bir “qarabağlı mer”i həbs etdirdi – Ağdərənin “rəhbəri” İrəvanda qandallandı

25.05.2024 - 11:03

“Sputnik Armenia” yazır: “Qarabağın digər şəhəri Ağdərənin (Martakertin) meri Ermənistanda saxlanılıb. Bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb. Mişa Gyurjyan ötən gecə saxlanılıb”.

Musavat.com xəbər verir ki, bundan əvvəl də separatçı rejimin İrəvandakı qalıqlarının təmsilçiləri arasında həbs olunanlar var. Əskəranın qondarma “mer”i Hayk Şamiryan da iki gün əvvəl saxlanılmışdı.

Erməni mediası onların həbsində siyasi kontekstin olmasını bildirir. İddialara görə Gyurjyan və Şamiryan bundan bir neçə gün əvvəl Qarabağdakı separatçı rejimin digər nümayəndələri ilə birlikdə “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanla görüşübmüş.

Paşinyan hökuməti keşişə qoşulan sadə “qarabağlı”ları da dövlət yardımının kəsiləcəyi ilə hədələyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=200534

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031