Putin Rəisini müşayiət edən helikopterlərin niyə qəza törətmədiyini açıqlayıb

25.05.2024 - 11:55

İran Prezidenti İbrahim Rəisini müşayiət edən nümayəndə heyəti Rusiya istehsalı olan iki helikopterlə uçublar. Onlar eniş yerinə sağ-salamat çatıblar və uçuşları rahat keçib. TNS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransı zamanı deyib. “Yeri gəlmişkən, müşayiət edənlər, məncə, rus helikopterləri ilə uçublar, elə deyilmi? Heç bir xüsusi şərt olmadan Rusiya istehsalı olan helikopterlərlə”, – Rusiya lideri bildirib.

Həmin konfransda Belarus lideri Aleksandr Lukaşenko Rəisinin ölümündə ABŞ-ni ittiham edib. Onun fikrincə, Vaşinqton təyyarə və helikopterlərə qarşı sanksiyalar tətbiq edərək, onlara xidmət göstərməyi qadağan edib. Qeyd edək ki, İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub. Bildirilib ki, helikopter 1976-cı il ABŞ istehsalı ”Bell 212”dir. Prezidenti müşayiət edən nümayəndə heyətinin hansı helikopterlərlə uçduğu rəsmən açıqlanmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=200567

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930